“Deputatlar cadu da elətdirir, fala da baxdırırlar “- Tanınmış parapsixoloq-ekstrasens Lamiyə İsmayılovabackend

Tanınmış fenomen ekstrasens, parapsixoloq “Ekstra hiss” verilişinin qalibi Lamiyə İsmayılova bu günlərdə “Yeni Gundem”-e müsahibə verib.Həmin müsahibəni olduğu kimi təqdim edir:

Lamiyə xanım, bəzi ekstrasenslər deyir ki, mənə yuxuda vergi verildi.Bəs siz öncəgörməni, bu qeyri-adi hissi özünüzdə necə hiss etdiniz?

– Demək olar öncəgörmə bizə nəsillikcə verilib. Ata tərəfim seyid şəcərəsindəndir. Onların ailə üzvlərindən heç olmasa bir nəfərə vergi verilir. On iki, on üç​ yaşım olanda özümdə bu qeyri-adi bacarığı hiss etdim.​

Uşaq vaxtı hiss eləmirsən, fikirləşirsən bu nə olan şeydir. Müəyyən bir yaşa gəldin, artıq hiss etməyə başlayırsan ki, səndə qeyri-adi hadisələr baş verir.​İlk dəfə vergi verilən vaxtda mənə ərəbcə yazılar gəlirdi. Əvvəllər bu yazıların nə olduğunu bilmirdim.

– O yazılar necə gəlirdi?

– Elə bil kimsə əlimdən tutub mənə​ Allah yazdırırdı.

– Ərəb dilini bilməyə-bilməyə?

– Bəli, ərəb dilini bilməyə-bilməyə. İndinin özündə də gəlib yazı yazdırırlar.İlk dəfə yazılar gələndə müəyyən işarələrlə oldu. Dəfələrlə Allah yazdım və daha sonra yatdım.Səhər tezdən yuxudan oyandım. Artıq ətrafda olan insanların, evdəkilərin səsini belə eşidirdim. Bir müddətdən sonra gözlərim açıq, qulağım eşidə-eşidə​ bütün ətrafdakı səslər mənim üçün dayandı. Sol tərəfdə qulağıma bir nəfər fatihə sürəsini avazla​ oxumağa başladı və dedi: “Allahdan başqa Allah yoxdu, O qiyamət gününün sahibi və hökmdarıdır”.​ Ərəbcə mənə bunlar deyildi.O səs hələ indiyə qədər qulağımdan getmir. Üstündən hardasa iki, üç dəqiqə keçmədi qarşıma bulud kimi qəribə bir görüntü gəlib mənə yaxınlaşdı. Sən vergilisən, səndə güc, qüvvət var, onlardan istifadə etməlisən – dedi. Amma orda başqa nələri dedi, artıq mən çox şeyləri deməyəcəyəm. Çünki mənim başıma çox möcüzəli hadisələr gəldi, elə şeylər var ki, demək olmaz.

-​ Sizə tapşırılıbmı kiməsə deməyin?

– Əlbəttə ki, mənim yanıma elə bir qüvvələr gəlirlər ki, o qüvvələrin adlarını mən nəinki sizə, heç onu evdəkilərə də demirəm. Heç kimə demək olmaz. Amma mən görürəm. Onlar nə cin, nə şeytandır. Başqa bir qüvvədir. Xeyirxah qüvvədir ki, mənim yanıma gəldikdə məndə qorxu hiss olunmur.

– Adi gözlə görmək olmur?

– Bəli, adi gözlə görmək olmur.Məni müailəcə edirlər, ən çətin vaxtlarımda gəlib köməklik göstərirlər.

Beləliklə, vergi mənə ilk dəfə Allah sözünü yazmaqla verildi. Müəyyən dillərdə mənə danışıq öyrədildi,​ möcüzələr də oldu.

-Hansı üsullarla işləyirsiz?

-Məndə olan güc xaçpərəst gücüdü sol əlimdə də xaç işarəsi var müəyyən zamanlarda o işarələr məndə daha aydın görünməyə başlıyır ki, bunu da çoxları hətta qəbuluma gələnlər bele öz gözlərinin şahidi olub.Mənə ilk olaraq xaçpərəst üsuluyla vergi verilib o güc o qüvvəyə sahibəm.Daha sonra ərəb və yahudi üsulu.Ona görə də istənilən üsulla olunan əməlləri batil edə bilirəm.

– İnsanların taleyi​ haqqında dediklərinizi​ necə bilirsiniz, yəni kimsə sizə dedizdirir, yoxsa yanınıza gələn adamın üzünə baxıb deyirsiz?

– Qoxu ilə alıram informasiyanı insan taleyini.Həmin insanda hansı xəstəliklər olduğunu dəqiqliklə deyirəm. Bir həftə sonra o insanda hansı xəstəlik olacaqsa ona kimi deyirəm. Diaqnoz qoyub müalicə də edirəm. İnsan taleyini kosmos​ vasitəsi ilə beynimə gələn informasiyanın köməkliyi ilə və eləcə də müəyyən görüntülər səs vasitəsilə qəbul edirəm.

Bir adama əgər cadu olunubsa, əməllidirsə, qapıdan içəri girəndə​ artıq mən o insanın arxa tərəfində​ qara-qara​ nöqtələr​ görürəm. Əgər o insan təmizdirsə, o insanda neqativ qara qüvvə yoxdursa, o zaman ağ parlaq iş görünür. İşıqlar mənə göstərir ki,​ bu insan təmizdir. İnsan taleyini mənə bəzi işarələr deyir.​

Elə insan var deyir ki, mənə informasiya səslə gəlir. Mənə isə hər bir yolla bütün informasiyalar daxil olur. Yəni ekstrasens elə bir ekstrasens olmalıdr ki, informasiyanı bütün yollara qəbul etsin.​

-Cadu insana necə təsir edir? 

– İnsan bədənində 7 əsas enerji mərkəzi var onlara təsir edərək insana əməl göndərilir.Və o mərkəzi idarə edən çakralarda qapanma əmələ gəlir fəaliyyəti pozulur.İnsan xəstələnir başına hər cür bəlalar gəlir hətta ölümlə də nəticələnə bilir.İşində maddi sıxıntılar bədəndə süstləşmə,yuxusuzluq baş verir.Bəzi hallarda cin şeytan müsəllətinə də məruz qalırlar.Çox əlamətləriylə özünü göstərir ki bunun əlacını heç həkimlər belə tapa bilmir.

Tibbin çarəsiz qaldıdığı bütün xəstəliklər cadu əməlin nəticəsidi.Çünki həkimlər insanın fiziki bədənini görür ora müdaxilələr edir.Amma ekstrasenslər ruhi bədənlə işdəyir.Cadu da ilk olaraq insanın ruhunda məskən salır.Qan damarlarına iliklərinə kimi işdəyir.

Cadu nə qədər köhnəlirsə bir o qədər gücü çoxalır insanı məhv etməyənə kimi əl çəkmir.Ekstrasens gərək savadlı və çox güclü olsun ki bu kimi neqativləri insan bədənindən ruhundan təmizləyə bilsin.Bunun nətiicəsində də bloklanmış enerji mərkəzinə təsir edərək o adamın problemini kökündən həll etsin. Bugünki, gündə çoxları yatır durur ki, ekstrasens oldum. O adamlara​ sual versən parapsixologiya nə deməkdir bilməyəcək.

-Elmi yoxdur da?

– Elmi olmayanın helmi də olmayacaq. Ona görədə bu cür “ekstrasens”lərdən insanlara heç bir xeyr gəlmir, əksinə ziyan gəlir.

– Və insanlar əlavə pullar xərcləyir …

– Bu cür adamlar özlərini boşu-boşuna reklam edirlər. Bəzi ekstrasenslər var ki, onların yanına gedərkən diqqətli olmaq lazımdır. Çoxları fırıldaqçıdırlar. İnsanları inandırmaqçün ekstrasens adından müxtəlif üsullara əl atır insanları qorxudurlar.

-Bəs ekstrasensə nə üçün inanırlar?​

– Ekstrasens onun yanına gələn insana düzgün proqnoz verirsə inam qazanır. İnsanı qorxudaraq inandırmaq lazım deyil. Gərək yanına gələn insan haqqında doğru məlumat verəsən.

– Sizə ən çox nə üçün müraciət olunur?

– Her cür problemlərlə müraciət edənlər var. Nəinki qadınlar, kişilər də gəlirlər. Yəni ki, bəzi kişilər deyir ki, inanmıram falçıya, yalandı-nədir. Ən çox da elə deyən kişilər gəlir. Hansısa bir iş üçün rəhbərliyin qəbuluna düşmək üçün , iş məsələləriylə, ailə baxımdan. Bu adamlarda əgər cadu-əməl varsa, mən onu təmizləyirəm.

– İşini səhmana salandan sonra sizi yada salan olur, ya yadlarından çıxarırlar?

-Nankorları da var ama mənim qapımda xeyir görübsə, yanımdan əl çəkmirlər.İlərdi eyni insanlar var ki gəlib hər bir işlərini mənim məsləhətim ilə edir mənsiz bir addım bele atmırlar.Demək ki bunları qazanmışam da.

Efirlərə də çox çağırırlar, amma, mən heç kimə zəng edib deməmişəm ki, məni efirə dəvət edin. Məni hər kəs bilir, tanıyır. Gücümə, qüvvəmə də bələd olan insanlar var.

– Gördüyünüz işlər və təcrübənizdən kitab yazmaq fikriniz varmı?

– Əslində, elə bir fikrim var. Allahın köməkliyi ilə həyata keçirib ilkə imza atacam.Ancaq daha vacib işlərim var hal-hazırda.Onu da deyim ki ilklərə imza atmaq mənim həyat prinsipimdi.

– Bildiyimiz qədər müğənnilər, iş adamları, millət vəkilləri, hətta, bir az yuxarı “rankt”a olanlar​ da sizin yanınıza gəlirlər. Maraqlıdır nə üçün: yerlərini bərkitmək, ya başqa məqsədlə?

– Şou biznis əhlinin yarıdan çoxu mənim qəbulumda olub və onlara çox köməklik etmişəm , tanıtdırmışam.İndi şou biznesdə meydan suluyurlar.Müğənnilərlə işləməyi sevmirəm.Onların çoxu nankordular. Deputatlar və iş adamları cadu da elətdirir, fala da baxdırırlar. Bunlarla işləmək mənə maraqlıdır.

– Deyilənə görə ən güclü cadu və cindarlar yəhudilərdə olur.Bununla razısınızmı?

– Xeyr, bu yalnışdır! Əgər bir ekstrasensə vergi xaç, yəhudi yaxud da müsəlman üsuluyla verilibsə onu yaxşı işlətməyi bacarırsa, deməli, o üsulla olunan iş güclü alınacaq. Yəni bunda bir fərq görmürəm.

– Allahı necə təsvir edirsiz?

– Əstafurullah!!! Allah hər kəsin fikrində başqa cürdür, onun bir təsviri yoxdur. Görünə də bilməz.

– Başqa dinlərə münasibətiniz necədir?

-Məndə ən çox maraq oyadan ölkə Hindistandı.Ümumiyyətlə möcüzələr ölkəsidi.Bütün dinlərə münasibətim yaxşıdı.

Din olaraq isə Hinduizm və Buddizmdi. Hinduizm dini, reinkarnasiya,karma anlayışı ilə yoqa təlimiylə dini ayinləri və adətləriylə çox seçilir və maraq oyadır.

Buddizm din və fəlsə olaraq insan həyatındaki ağrı iztirabları aradan qaldırma yollarını göstərir.Bu dini tək mənalı qəbul etməyi düz hesab etmirəm.Çünki hər dinin və təlimlərin maraqlı və sirli yanları çoxdu.

Eləcə də inancların.Məsələn Zərdüştlük, İudaizm,Tənqidçilik dini. Təlim olaraq Deizm,teizm,dualizm,panteizm və o cümlədən incanlar Toteizm,Şamanizm.

– Küçədə cadulu adam görəndə ona yaxınlaşıb kömək edirsinizmi?

-Xeyr, yaxınlaşmıram, olmaz axı. Qarşımdakı insan bunu birmənalı qəbul eləməz. Əgər həmin insanla mən oturmuşamsa, o başqa məsələ. Bəzi məkanlarda elə olub ki, taleləri haqqında məlumat istəyiblər. Tanıyanlar olanda​ özləri yaxınlaşırlar.

-Heç yorulan, bezən vaxtınız olurmu?

– Bəli, hərdən olur. Amma mən bu işdə özümə dinclik tapıram. Enerji mənə lazımdır, ona görə də özümə vaxt ayırıram dincəlirəm.Bu, elə bir işdir ki işləsəm də olmur, işləməsəm də. İşləyəndə daha çox ağırlıq yığırsan. İşləməyəndə daha da ağır olur. Elə bil ki, küsürlər, inciyirlər qüvvələr məndən.

-Lamiyə xanım cinin səsini eşitmək olurmu?

​ -​ Bəli,​ eşidilir. Bu, dəfələrlə sübut olunmuş hadisələrdir.Yanıma gələn şeytan cin müsəlləti olmuş biriləri seans zamanı nəyin ki onların səsini eşidib hətta görüblər də.Mənə xidmət edən qüvvələrimi də görüblər. Bunları mən bacarıram. Allahdan verilən vergidir, mən bunları öyrənməmişəm. Baxıcılıq öyrənilmir. Sadəcə, parapsixologiya deyilən bir elm var.Düzgün enerji ilə idarə etməyi bacarmaq üçün bunları bilmək mütləqdi.

– Özünüz özünüzə kömək edə bilirsiniz?

– Bəzi ekstrasensler,baxıcılar nə özlərinə nə də qan qohumlarına kömək edə bilmir.Belə deyək,özünə xeyri dəyməyən insanın başqasına necə xeyri dəyə bilər? Mən heç vaxt baxıcı yanına getmirəm, onların şablon fikirləri mənə maraqlı deyil. Özümə də öz ailəmə də çox kömək edirəm.Daha çox gecə qaranlıq olanda mənə informasiyalar su kimi gəlir.

– Sizin cinləriniz müsəlmandır?

– Xristian da var müsəlman da. Müsəlman cin​ insan bədəninə girmir. Kafir​ cinlər insan bədəninə girir və bizlər onu çıxarırıq. Əmr edirik: Allahın adını tut, kəlməyi-şəhadəti deyib, Allahın yolunu tuturlar və bədəndən çıxır. Cinlərin öz dinləri də var. Bunların da Allahı var…

​ -Bizim bildiyimiz dinlərdir?

– Bəli, bizim bildiyimiz dinlərdir. Ancaq şeytanlar bizləri dəstəkləmirlər. Onlar cəhənnəmə aiddirlər. Yeganə varlıqdılar ki, Allahı qəbul etmirlər. Varlığına inanırlar, amma, qəbul eləmirlər.Cinlərin isə həm mömini həm də kafiri var.Möminləri Allahdan qorxur səcdə də edirlər.

-Sizin missiyanız nədir?

-Her bir insan bir missiya üçün bu dünyaya göndərilib.Mənim missiyam isə insanlara kömək etmək.Şər qüvvələrə qarşı mübarizə aparmaqdı.

-Müsahibə üçün təşəkkür edirik

-Çox sağ olun.