DİQQƏT! Koronavirusun yeni simptomu AŞKARLANDIbackend

ABŞ həkimləri koronavirusun daha bir siptomu olduğunu açıqlayıblar.

“Yeni Gündəm” xəbər verir ki, ABŞ-da testis ağrısı şikayəti ilə xəstəxanaya gedən 37 yaşlı xəstə, testdən sonra koronavirus olduğunu öyrənib.

Həkimlər virusun cinsi əlaqə yolu ilə də keçə biləcəyini və testis ağrısının koronavirusun əlamətlərindən biri olaraq görülə biləcəyini iddia ediblər.

Ən çox yayılan koronavirus simptomları hərarət, quru öskürək və yorğunluq kimi qeyd olunur. Zamanla dad və toxuma itkisi kimi yeni simptomlar əlavə edilib. Amerikalı həkimlər indi də testis ağrısının koronavirus simptomu ola biləcəyini söyləyiblər. Onlar koronavirusun kişilərdə sonsuzluq probleminə səbəb ola biləcəyini, xayalarda şişkinlik və ağrı yarada biləcəyini bildiriblər.(Sonxeber.az)