Diqqət: Vaksin olunanlar üçün bu xidmətlər pulsuz oldubackend

Gürcüstanda koronavirusa qarşı tam vaksinasiya olunan vətəndaşlar Ədliyyə Nazirliyinin bir sıra xidmətlərindən pulsuz yararlana biləcəklər.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı ölkənin Ədliyyə Nazirliyi öz rəsmi tvitter hesabında yayıb.

Məlumata əsasən, koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edən vətəndaşlar Ədliyyə Nazirliyinin bir sıra xidmətlərindən pulsuz, bir qismindən isə yarı qiymətə yararlana biləcəklər.