Donbas uğrunda döyüş yenidən şiddətlənir, ruslar ikiqat qüvvə ilə irəliləyir – ISWbackend
Rus qoşunları yenidən Donbasda hərbi əməliyyatları aktivləşdirib və bir neçə istiqamətdən hücuma keçiblər.
Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertlərinin hazırladığı yeni hesabatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının da yaydığı məlumata görə, rus qoşunları üç istiqamətdən – Baxmut, Avdeyevski və Novopavlovskidən hücuma keçiblər.
Məlumatda bildirilir ki, Baxmut istiqamətində “Vaqner” döyüşçüləri Ukrayna müdafiəsini yarmağa çalışır.
Ukrayna ordusu bütün cəbhə xətti boyunca düşmənin güclü hücumunun qarşısını almağa və rusların arxasına zərbə endirməyə çalışır. /olke