Arası – kəsilməyən qlobal böhranlar, iqtisadi güclərin xoşagəlməz münasibətləri yeni dünya nizamını yaradaraq moduldan kənarlaşırlar.
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov “Yeni Gündəm”-ə açıqlamasında ölkəmizdə və dünyada iqtisadiyyatın son vəziyyəti ilə bağlı suallarımızı cavablandırdı.
Vüqar müəllim Azərbaycanın iqtisadi inkişafından başlayaq. Cari ildə rəqəmlər nəyi göstərir ?
2022 ci ildə pozitiv məqam ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayaraq,daha sürətli iqtisadi artıma malik olub .Xüsusi ilə qeyri-neft sektorunda daha yüksək artımın olması ondan xəbər verir ki,2022 ci ildə iqtisadi artımla bağlı gözləntilərindən daha çoxuna əməl etmək olacaq .Burada vacib bir məsələ var ki,artımın çoxu qeyri-neft sektoru ilə bağlıdır.
2022 ci il regionda qlobal baxımdan iqtisadi düzənin dəyişməsi ilə yadda qaldı . Rusiya-Ukrayna müharibəsi fonunda biz regionda yeni düzəninin formalaşmasını görürük .Buda təbiiki,ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmədi.Ərzaqməhsullarının qiymətlərindəki , artım və idxal inflyasiyası istehlak bazarına təsir göstərdi .Cari ildə biz istehlak bazarında daha yüksək qiymət artımını müşahidə etdik.RəsmiStatistikada göstərirki,ərzaq məhsullarında ki,qiymət artımı qeyri-ərzaq məhsulları ilə müqayisədə daha çoxdur . İnflyasiyanın əsas səbəblərindən biridə idxal inflyasiyasıdır.Vəbu proqnozlaşdırdığından daha çox oldu . Azərbaycan premetiv addımlar atmağnan ərzaq qıtlığının Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmağa çalışır. Bu kontekstdə iqtisadi artımın yüksək olduğunu müşahidə etdik .
Bildiyimiz kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda bərpa quruculuq işləri aparılır .Cənnət məkanına çevrilləcək Qarabağda iqtisadi siyasət necə həyata keçiriləcək ?Bunun Azərbaycan iqtisadiyyatına nə qədər təsiri ola bilər ?
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunları kifayət qədər böyük iqtisadi potensiala malikdir. Hər iki bölgəmizin sənaye,turizm ,aqrar eləcədə nəqliyyat və logistikada böyük üstünlükləri var. Ümumiyyətlə ilkin qiymətləndirmələr ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatı formalaşandan sonra Azərbaycan iqtisadiyyatının təximinən 8 faizini formalaşdırmaq imkanına malik olacaq. Hazırda o bölgələrimizdə bərpa-quruculuq işləri davam edir. Azərbaycan təckə 2020-2021 ci illər ərzində işğaldan azad olunmuş ərazilərinin bərpası üçün 4 milyard 800 milyon manata yaxın vəsait ayırıb . Azərbaycan bunu öz daxili hesabına edib.Bu çox ciddi bir məqamdır .Bu bir daha ondan xəbər verir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərini daha tez bərpa edir.
İqtisadi artımının müəyyən bir hissəsi özəl sektorların payına düşür.Xüsusi ilə qeyri-neft sektorununda burda payı var.
Gələcək planlarda bunlarla bağlı nəsə yenilik ola bilərmi? Özəl sektorlara verilən yaxşı imkan yüksək səviyyəyə çata bilərmi?
Özəl sektorların dəstəklənməsi və qeyri-neft sektorunun istehsalının artırılması hər zaman Azərbaycan üçün prioritetdir.Vergi məcəlləsində edilmiş dəyişikliklərə əsasən bu dahada artacaq .Özəl sektorun inkişafı çox vacibdir . İqtisadi inkişafın dayanıqlığı baxımından aktualdır .2022-2026 ci illəri əhatə edən stratergiyada özəl sektorun inkişafı əsas prioritetlərdən biridir .2021 ci ildə Azərbaycanda qeyri-neft sektorunun ixracı 2,7 milyard dollara qədər yüksəldi .Növbəti illərdə bu rəqəm 5 milyard dollara qədər yüksələcək .
Hazırda biz mərhələli şəkildə qeyri-neft sektorunun inkişafını müşahidə edirik .2022-2026 cı illəri əhatə edən stratergiyadada özəl sektorun daha sürətli inkişafıda nəzərdə tutulub.
Prezident İlham Əliyev 23 iyul 2022 ci ildə “Azərbaycan 2030 :sosial iqtisadi inkişafa dair Milli Prioritetlər” intəsdiq edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamdaəksini tapan iqtisadi məsələlər haqqında danışaq.Cənab Prezidentin bu sərəncamdan irəli gələn məsələlər nələrdir?
Cənab Prezident tərəfindən imzalanmış “Milli Prioritetlər”daha sonra 2022-2026 cı illəri əhatə edən stratergiya birmənalı şəkildə Azərbaycan iqtisadiyyatı üçün yeni bir baxışdır. Etiraf etmək lazımdır ki,son 4 ildə gizli iqtisadiyyata qarşı mübarizə dahada intensivləşib .Cənab Prezidentin son müşavirədə qeyd etdiyi kimi gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi çox vacibdir .Əsas hədəflərdən biridə iqtisadiyyatın dahada liberallaşdırılması,gizli iqtisadiyyatın dahada minimallaşdırılmasıdır .Bu baxımdan azad iqtisadi inkişaf vacibdir .Burda mövcud islahatların dərinləşməsi,inkuliziv ,yaşıl iqtisadiyyata əsaslanan iqtisadi sistemin qurulub inkişaf etməsini özündə ehtiva edir.
Son illərdə Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi –ticari saziş,və anlaşmalar bağlayır. Bu anlaşmalar bizə hansı keyfiyyətləri verib .Nəticə haqqında danışmaq mümkündürmü?
Azərbaycan həm Avropanın enerji təhlükəsizliyinə töhfə verir ,həmdə fərqli istiqamətlərdə dünyanın aparıcı şirkətləri ilə fəaliyyətini genişləndirir.Alternativ enerji mənbələrinə daha çox vəsaitin cəlb edilməsi üzrə işlər görülür .İşğaldan azad olunmuş ərazilərimizə daha çox xarici şirkətlərin cəlb edilməsi müşahidə edilir .Bütün bunların iqtisadiyyatımıza təsiri var .Bunlar iqtisadi inkişafı stimullaşdıran faktorlardan biridir .Daha çox xarici investisiya ,daha çox xarici müqavilələr ,daha çox sərmayə gətirir.Ölkədə yeni dayanıqlığın formalaşmasınasəbəb olur.
Fərahim RƏHİMOV
Yenigundem.az