“Əl-Cəzirə”nin müxbirinin öldürülməsinə BMT-dən REAKSİYA: “Onlar cavab verməlidirlər”backend

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Əl-Cəzirə televiziyasının müxbiri Şirin Əbu Akilenin İsrail təhlükəsizlik qüvvələri tərəfindən güllələnməsindən dəhşətə gəldiyini bildirib.

“Yeni Gündəm” xarici mətbuata istinadən xəbər verir ki, Quterreş səlahiyyətliləri müstəqil və şəffaf araşdırma aparmağa çağırıb. O, günahkarların məsuliyyətə cəlb olunmasını istəyib.

Baş katib jurnalistlərə qarşı törədilən bütün hücumları və qətlləri pisləyərək qeyd edib ki, jurnalistlər heç vaxt zorakılıq hədəfi olmamalıdır.

“Media işçiləri öz işlərini azad şəkildə və təqib, təhdidz hədə-qorxu və ya hədəfə alınma qorxusu olmadan yerinə yetirə bilməlidirlər”, -deyə Antonio Quterres bildirib.