Elnur Hacıyev: Azərbaycan xalqının müstəqilliyi və tarixi məhz şəhidlərimizin adıyla bağlıdırbackend

Bu gün Azərbaycan xalqının qəhramanlığı, birliyi haqqında, şəhidlərimiz haqqında, fikrlərimi sizinlə bölüşmək istərdim.
Şəhidlərin qəhramanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncliyi üçün örnəkdir. Azərbaycan gəncləri şəhidlərimizin qəhramanlığını özlərinə nümunə götürürlər. Şəhidlər canlarından keçməklə xalqın qəhramanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazıblar. Azərbaycan xalqının müstəqilliyi və tarixi məhz şəhidlərimizin adıyla bağlıdır. Mən şəhid Analarının, Atalarının qarşısında baş əyirəm.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü Azərbaycan xalqının ən müqəddəs arzusu olub. Yaxşı bilirsiniz ki, Azərbaycan xalqı müdrik xalqdır. Ordumuzun polad iradəsi sayəsində, xalqımızın birliyi, dəstəyi sayəsində Azərbaycan xalqı tarixi qələbə əldə etdi. Bu tarixi qələbəyə görə şəhidlərimizə, qazilərimizə, dövlətimizə borcluyuq.
Bu gün Füzulidə,Ağdamda,Cəbrayılda,Kəlbəcərdə,Qubadlıda,Laçında böyük lahiyələr icra olunur. Aldığım məlumata görə həm Azərbaycanın həmdə qardaş Türkiyənin nüfuzlu şirkətləri iştirak edirlər Qarabağda. İnanıram ki, bu yaxın vaxtlarda cənab prezidentimizin uzaqgörən siyasəti nəticəsində Qarabağlılar öz yurduna-yuvasına Ata-baba torpağına qayıdacaqlar. Allah xalqımızı, dövlətimizi qorusun.
Ölkə başçısı Ali baş komandan cənab prezidentimiz İlham Əliyev böyük sərkərdə və lider kimi zəfər tarix kitablarına qızıl hərflərlə yazıldı.Cənab prezidentimiz düşmənin ən azı iki əsirlik planların puç etdi.Bütün sferalarda hücum taktikasına keçilməsi, ölkəmizin siyasi və iqtisadi gücünün hərbi qüdrətimiz formasında özünü sübut etməsi əməli nəticələrini göstərdi.
Mən, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xalqımıza İlham Əliyev haqında dediklərini xatırlayıram. O yüksək intellektli proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində müstəqilliyimizi, naliyyətlərimizi dünyaya nümaiş etdirdik.
Qarabağ Azərbaycandır!

Müəllif: Elnur Hacıyev

Yenigundem.az