Erməni bloger:”Erməni xalqı dilənçidir”backend

Sosial şəbəkə fenomeni, erməni bloger Oksana Oqanesyan özünün sosial şəbəkədəki hesabından erməni xalqını təhqir edib.

“Yeni Gündəm”  xəbər verir ki, erməni gözəlçə 44 gün savaşdan sonra məmurların və bəzi adamların dilənçiliklə məşğul olduğunu qeyd edib.”Müharibə bitdi. Biz uduzduq. Hökumət öz işinin öhdəsindən gələ bilmədi. Minlərlə yaralı baxımsız qalıb. Dəhşətli mənzərədir. Yaralılara baxan yoxdur.

Artıq elə təsəvvür yaranıb ki, erməni xalqı dilənçidir. Hamı sosial şəbəkədən müxtəlif vasitələrlə pul dilənir. Hamı yaralı əsgər şəkli paylaşaraq kartlara pul köçrülməsini istəyir. Onda sual yaranır. Paşinyan kökuməti haradadır? Nə işlə məşğuldur? Ermənilər indi təkcə İrəvanda yox, bu dünyada pul dilənməklə məşğuldur. Mənim özüm bir neçə dəfə belə dələduzluqla üzləşmişəm. ”