Ermənistan müxalifəti Paşinyanı devirə bilməyəcək – Erməni xalqı imtina etdibackend

Bir çox cavabda respondentlərin həm iqtidara, həm də müxalifətə inamsızlığı və şübhəsi ortaya çıxıb. Respondentlər, demək olar ki, yekdilliklə cəmiyyətdə hökm sürən mənfi hissləri ifadə edib.

Xalqın mövqeyindən belə bəlli olur ki, müxalifətin siyasi oyunlarına alət olmaq istəmir. Müxalifət isə xalqın dəstəyi olmadan hökuməti devirə bilməyəcək.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın namizədliyini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir.

Öz növbəsində, hökumət ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edib. Müxalifət qüvvələri onların nəticələri saxtalaşdıracağına inanaraq bu seçimlə razılaşmayıb. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.

Publika.az