Ermənistan Təhlükəsizlik Şurası katibinin xidməti avtomobili qəza törədibbackend
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.
“Yeni Gundem” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-da səhər saatlarında İrəvanın Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib.
A.Qriqoryanın “Toyota Land Cruiser” markalı xidməti avtomobili “Range Rover”lə toqquşub. Təhlükəsizlik Şurası katibinin hadisə zamanı maşında olub-olmadığı açıqlanmayıb.
Hər iki sürücü alkol testindən keçirilib.
Sürücülər qəzaya görə bir-birilərini günahlandırıblar.