Ermənistanda qumbara partladı, 4 hərbçi yaralandıbackend

Ermənistanda 4 hərbçi qumbaranın partlaması nəticəsində yaralanıb.

“Yeni Gündəm” xəbər verir ki, insident Qeqarkunik rayonunda sərhəd ərazilərinin birində baş verib.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Sözügedən şəxslər yüngül xəsarətlər alıblar.

Hazırda hadisənin detalları araşdırılır.