Ermənistanda sutka ərzində daha 760 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 13 nəfər ölübbackend

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 197 873 nəfərə çatıb.

“Yeni Gündəm”-in xəbərinə görə, ötən sutka ərzində daha 760 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 13 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3627 nəfərə çatıb.