Ermənistanda yanğın baş vermiş hərbi hissənin komandiri saxlanılıbbackend
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.
“Yeni Gundem” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, noyabrın 18-də həmin kənddə yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.