General: “Seçkilərdən sonra hakimiyyət təhvil veriləcək”backend

Myanmada hərbçilər ölkədə yeni və ədalətli seçkilər keçirildikdən sonra hakimiyyəti təhvil verəcəklər.

Bunu Myanma Silahlı Qüvvələrinin Baş Komandanı, baş general Min Aun Hlayn ölkədə Silahlı Qüvvələr Gününün qeyd olunması münasibətilə etdiyi çıxışında bildirib.

“Ölkədə azad və ədalətli seçkilər keçirildikdən sonra hakimiyyəti ötürəcəyik”, – deyə Yaponiyanın “Kyodo” agentliyi generaldan sitat gətirib.

Min Aun Hlayn qeyd edib ki, ötən il keçirilən saxta seçkilərə görə ölkədə hərbi çevriliş qaçılmaz olub.