Gürcüstanda azərbaycanlılara silahlı basqın edildibackend

27 sentyabr, saat 17.00 radələrində “Gürcü Arzusu” Partiyasının Parlamentə Bolnisi-Dmanisi-Tetriçkaro və Çalkadan olan majoritar namizədi Qoqi Mişvelianının, narkoman olduğu deyilən qardaşı Qoça Mişveliani 50 nəfər gurcü ilə Bolnisi rayonu Arxlı kəndində azərbaycanlılara qəfil basqın edərək, silahdan üç dəfə atəş açaraq, döyüb və yaralayıblar.

Bu barədə mətbuata Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov məlumat verib. E.Həsənov qeyd edib ki, Bu işləri hazırda Parlamentin deputatı olan Qoqi Mişveliani təşkil edib. Əsas məqsədi “Güc Birlikdədir-Birləşmiş Müxalifət” Blokunun majoritar namizədi Kaxa Okriaşviliyi dəstəkləyən yerli sakinləri qorxutmaq və hədələməkdir. Bolnisi Polis İdarəsi prosesə müdaxilə etmir, yerli sakinləri qorumaq əvəzinə basqın edən gürcüləri müdafiə edirlər.

Bu prosesin sonu milli zəmində münaqişəyə gedir. Bolnisi rayonunda azərbaycanlılara qarşı 10 gündür basqın halları davam edir. Polis isə hələ də tədbir görmür.