Gürcüstanda koronavirusa yoluxanların sayı 195 nəfərə çatdıbackend
Gürcüstanda daha yeddi nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 195 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus yoluxmuş xəstələrin 39-u sağalıb, 2-si isə ölüb.
Hazırda karantində 4 735, stasionar nəzarətdə isə 383 nəfər saxlanılır.