Gürcüstanda koronavirusa yoluxanların sayı 879-a çatdıbackend
Gürcüstanda son sutka ərzində koronavirusa 15 yeni yoluxma faktı qeydə alınıb.
“Yeni Gündəm” in məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 879-a çatıb. Onların 704-ü sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 2 795, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.
///Report