Gürcüstanda toylarla bağlı yeni qərar: 10-dan çox adamın iştirakı qadağan edildibackend

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirak etməsi qadağan olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Bildirilib ki, ölkədə nikah aktının imzalanması qadağan edilmir, məhdudiyyət yalnız onun tədbir şəklində qeyd olunmasına aiddir.

Qeyd olunub ki, eyni məhdudiyyətlər ad günü şənlikləri və digər bu kimi sosial tədbirlərə də şamil edilir. Qərarın ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edildiyi vurğulanıb.APA