Gürcüstanın əsas müxalifət partiyası Prezidentin impiçmentini dəstəkləməyəcəyini bəyan edibbackend

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMH) ölkə prezidentinin impiçmenti ilə bağlı parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcək.

Müvafiq qərar bu gün partiyanın siyasi şurasının iclasında qəbul edilib. VMH digər müxalif partiyaları da səsvermə günü parlamentin sessiyasında iştirak etməməyə, beləcə müxalifətdən kiminsə impiçmenti dəstəkləməsinə dair spekulyasiyaların qarşısını almağa çağırıb.

Qeyd edək ki, gizli yolla baş tutacaq səsvermə zamanı Prezidentin impiçmenti üçün minimum 100 deputatın səsinə ehtiyac var. İmpiçment təşəbbüsünü irəli sürən hakim “Gürcü Arzusu”nun isə parlamentdə 84 deputatla təmsil olunur./APA