Gürcüstanın hökumət binası qarşısında etiraz aksiyası başlayıbbackend

Tbilisidə Gürcüstan hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

Aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak edirlər.Etirazçılar hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəyiblər. Polis onların bu cəhdinin qarşısını alıb. Tərəflər arasında qarşıdurma baş verib. Polis əməkdaşları binanın önündə canlı sədd yaradıblar.

Aksiyada hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir. Etirazçılar hökumətin istefasını da tələb edirlər. (report)