Hava limanında qorxulu anlar – FOTObackend

Atatürk Hava Limanında Türk Hava Yollarına məxsus təyyarələrin texniki servisi anqarında bir oksigen balonu partlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə THY-nin mətbuat katibi Yahya Üstün açıqlama verib.

Məlumata görə, oksigen balonu səhər saat 11:00 radələrində Atatürk Hava Limanında THY-nin təyyarə baxım anqarında partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.

İnsident nəticəsində heç kimin xəsarət almadığı və anqardakı təyyarələrin zərər görmədiyi bildirilir.