Həbsxanadan 6 məhbus qaçıbbackend

Dağıstanın Şamxal qəsəbəsində yerləşən 2 saylı islah müəssisəsindən 6 məhkum qaçıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiyanın Federal İslah Müəssisələri Xidmətinin regional idarəsindən bildirib.

Məhbuslar lağım ataraq həbsxanadan qaçıblar. Həmin qazma axtarış əməliyyatı nəticəsində aşkarlanıb.

Qaçan məhkumlar 8 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər. //Report.az