Hər kəs rusiyalı tibb bacısının bu geyimindən danışır – FOTObackend

Rusiyanın Tula vilayətində koronaviruslu xəstələrlə çalışan tibb bacısı geyimi ilə diqqətləri öz üzərinə cəlb edib.

“Yeni Gündəm” Rusiya mətbuatına istinadən xəbər verir ki, xəstəxana işçisi qoruyucu şəffaf geyimi yarıçılpaq bədəninə geyinib. Bunu isə onunla izah edib ki, həkimlər üçün nəzərdə tutulan xüsusi geyim həddindən çox istidir.

Xəstəxanadan hadisə ilə bağlı açıqlama verilib və tibb bacısına şiddətli töhmət verildiyi bildirib.

Həkim özü də bu geyiminə görə hər kəsdən üzr istəyib: “İsti olduğu üçün belə geyindim. Kənardan geyimin bu formada göründüyü ağlıma da gəlməzdi. Hər kəsdən üzr istəyirəm”.