Hindistanda qar 11 nəfərin həyatına son qoydubackend

Hindistanın şimalında yağan qar və qeyri-sabit hava şəraiti səbəbindən azı 11 nəfər həyatını itirib.

Bu barədə “Yeni Gündəm” NDTV telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, 17 turist və onları müşayiət edənlərdən ibarət qrup ötən bazar ertəsi Uttarakhand ştatında Lamkhaq dağ aşırımından keçərkən itkin düşüb. Bir neçə bələdçi yaxınlıqdakı evə çatdıqdan sonra onların axtarışlarına başlanılıb. Axtarışlara hərbçilər də cəlb olun.

İndiyədək 11 nəfərin cəsədi tapılıb. Xilas edilənlər xəstəxanaya çatdırılıb. İtkin düşmüş digər 4 nəfərin axtarışları davam etdirilir. Turistlərin hamısı Yeni Dehli və Qərbi Benqaliyadan olan hindlilərdir.