HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişdibackend
HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişib.
“Yeni Gundem” xəbər verir ki, mayın 1-dən sayt tanınmış jurnalist Gülnarə Əmirqızının təsisçiliyi və baş redaktorluğu ilə fəaliyyət gəstərməyə başlayıb.
Gülnarə Əmirqızı məlumatı təsdiqləyib.
“May ayının 1-dən HİT.az saytının təsisçisi və baş redaktoruyam. Sayt baş direktoru olduğum “GMMEDİA” MMC-nin tərkibində fəaliyyət göstərəcək”, deyə o bildirib.
HİT.az saytı 2020-ci il mayın 1-dən fəaliyyət göstərir.
Gülnarə Əmirqızı 22 ildir media sahəsində çalışır. O, ölkənin tanınmış media quruluşlarında jurnalist və PR menecer kimi fəaliyyət göstərib.