İmamoğlu 777 min səs fərqi ilə seçkilərdə qalib gəldi – Videobackend

Türkiyənin İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələri açıqlanır. 

“Yeni Gundem” xəbər verir ki, bu an etibarı ilə CHP lideri Əkrəm İmamoğlu 53,6 faiz səslə öndədir.

Ədalət və İnkişaf partiyasından namizəd Binəli Yıldırım isə 45,4 faiz səslə ikincidir.

**

Əkrəm İmamoğlu (54,3 %) – (45,9 %) Binəli Yıldırım

**

Nəticələrin 99,37 %-i açıqlanıb. Əkrəm İmamoğlu bu an etibarı ilə 777, 581 səslə qalib sayılır.