İngilis səfir İranda saxlanıldıbackend

Ötən gün İranda baş verən etiraz aksiyası zamanı İngiltərənin bu ölkədəki səfiri Rob Makaire saxlanılıb.

“Yeni Gündem” xarici KİV-ə istinadən xəbər verir ki, o, 1 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Diplomat etiraz aksiyasının təşkilində şübhəli bilinib. Səfirliyin müdaxiləsindən sonra sərbəst qalan Rob Makaire bu gün polisə izahat verəcək.