İran hicabla bağlı qadağanı nəzərdən keçirəcəkbackend

İran parlamenti hicabın məcburi geyinilib-geyinilməməsi məsələsini araşdırmaq üçün ayrıca mədəniyyət şurası yaradıb.

“Yeni Gundem” “ISNA” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri deyib.
“İran Parlamentinin Mədəniyyət Komitəsi zorakılıq və hicabla bağlı məsələləri xüsusi həll etmək üçün işçi qrupu yaradıb” – Montazeri deyib.
Komitə rəhbərinin sözlərinə görə, parlamentarilər məsələnin öyrənilməsinə qoşulmağa və “açıq olmayan və ya qeyri-konstruktiv” məqamları aydınlaşdırmağa hazırdırlar.
İranda kütləvi etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Gənc qadın Tehranda əxlaq polisi tərəfindən hicabı düzgün taxmadığı səbəbindən saxlanılıb. O, həbsindən bir neçə gün sonra dünyasını dəyişib. Bundan sonra iranlı qadınlar sosial şəbəkələrdə saçlarını kəsdikləri və hicab yandırdıqları videoları kütləvi şəkildə yayımlamağa başladılar. İran hakimiyyəti anti-hökumət etirazlarını fəal şəkildə yatırır.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə hicablı qadınların problemi ilə bağlı ümumxalq səsverməsinin keçirilə biləcəyini etiraf edib.

Ayşən

Yenigundem.az