İraqda ABŞ hərbçilərinin olduğu bazaya 8 raket atdılar – 4 yaralı varbackend
İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

“Yeni Gündem” xarici KİV-ə istinadla xəbər verir ki, İraq Müdafiə Nazirliyi hücumla bağlı açıqlama yayıb.

Həmin açıqlamada bildirilir ki, ABŞ əsgərlərinin olduğu hərbi bazaya 8 raket atılıb. Hücumlar zamanı 4 İraq əsgərinin yaralandığı məlum olub.

ABŞ əsgərlərinin çoxunun ötən həftə olduğu kimi əməliyyatlardan 2 saat öncə bazadan çıxıb.