İrlandiyanın əhalisi 171 ildən sonra ilk dəfə 5 milyonu ötübbackend

İrlandiya Statistika İnstitutu ölkə əhalisinin 171 ildən sonra ilk dəfə 2022-ci ildə 5 milyonu keçdiyini açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, İrlandiya Statistika İnstitutu ölkə əhalisinin
artımı ilə bağlı ən son məlumatları açıqlayıb.
2022-ci ilin aprel ayında aparılan siyahıyaalmada ölkədə yaşayan əhalinin sayı 5 milyon 149 min 139 nəfər olaraq qeyd edildi. Açıqlamada bu rəqəmin 2016-cı ildəki əvvəlki siyahıyaalma ilə müqayisədə təxminən 390 min nəfər çox olduğu bildirilib.