İspaniyadan cavab addımı: 3 diplomat ölkədən çıxarılırbackend

İspaniya hökuməti Boliviyanın iki ispan diplomatı və bəzi polisləri ölkədən çıxarmasına qarşılıq olaraq 3 boliviyalı diplomatı “persona non qrata” elan edib.

“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda həmin diplomatların 72 saat ərzində ölkəni tərk etməli olduqları qeyd edilib. Bundan başqa, İspaniya hökumətu iki ölkə arasındakı iş birliyi və inam hissinin yenidən yaranması istiqamətində addımlar atması üçün Boliviyanın müvəqqəti hökumətinə çağırış edib.

Qeyd edək ki, İspaniyadan xaric edilən diplomatlar ticari attaşe Luis Quispe Condori, hərbi attaşe Marselo Varqas Barral və polis işçisi Fernando Oblitas Silesdir.