Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Goyce.az” saytının təqdimat mərasiminin əsas mahiyyəti bu idi: düşmən tapdağında inildəyən qədim Oğuz türklərinin yurdlarına qayıdış arzularının gerçəkləşdirilməsinə mənəvi dəstək vermək
İlin son ayının qayğıları, adətən, daha çox olur, desək yanılmarıq. Bir növ ilin arxada qalan aylarının hesabatı veirilir. Unudulan, yaddan çıxan, yaxud həlli vacib məsələlərə üz tutulur. Belə “işin-gücün başdan aşıb-daşan” günlərində – payızla qışın üz-üzə, göz-gözə qaldıqları məqamda, yəni, “qışın oğlan çağı”nda (o gün qış fəslinin başladığı da hiss olundu Bakıda) yurd-yuvasını itirmiş soydaşlarımızın qəlblərindən, qara qanlar axır: bir əsrdə dörd dəfə yurd itirmiş, nisgil dolu, həsrət yüklü köç karvanlarının arxasınca baxa-baxa qalan dağlar, tüstüsü bacasından burum-burum çıxmaq əvəzinə, hay-harayı təpəsindən qalxan, göyləri yandıran