“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”.
Bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır.
“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, – deyə Əhməd İsmayılov əlavə edib.
Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər. /Oxu.Az