Karantin sərtləşdirildibackend

Moldovada mayın 30-dək elan edilmiş fövqəladə vəziyyət çərçivəsində yeni növ koronavirusa qarşı tədbirlər sərtləşdirilib.

“Yeni Gündəm” xəbər verir ki, qərara əsasən, ölkədəki parklar, oyun meydançaları və idman zalları, istirahət mərkəzləri bağlanıb, mitinqlər və müxtəlif mərasimlər qadağan edilib.

Paytaxt Kişinyov və Beltsı şəhərlərində saat 23:00-05:00 arasında komendant saatı tətbiq edilsə də, ölkədəki dövlət qurumları, özəl şirkətlərin işçilərinin yüzdə 70-i onlayn iş rejiminə keçib.

Məktəblər fəaliyyətinə distant təhsil üzrə davam edəcək, bağçalar işləyəcək.

Bundan əlavə, qərara görə, Moldovanın Qaqauz Muxtar Bölgəsində 16 mayda keçiriləcək Xalq Məclisi seçkiləri təxirə salınıb.