Keçmiş məhkum adam bıçaqladıbackend

Bakıda keçmiş məhkum adam bıçaqlayıb. 

“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə martın 21-də saat 15 radələrində Xətai rayonu S.Mirhəsənağa küçəsində baş verib.

Bakı şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 1965-ci təvəllüdlü T. İsmayılov şəxsi münaqişə zəminində 1978-ci il təvəllüdlü İ.Nuriyevi bıçaqlayıb. O, şəhər xəstəxanasına yerləşdirilib.

İ.Nuriyev saxlanılıb, cinayət işi başlanılıb.