Kolumbiyada zəlzələ oldubackend

Kolumbiyada güclü zəlzələ olub.

“Yeni Gundem” xəbər verir ki, hadisə Santander inzibati bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Kolumbiya Geoloji Xidmətinin yaydığı məlumata görə, episentri Los Santos şəhərində olan zəlzələ yerli vaxtla saat 04:18-də qeydə alınıb. Zəlzələnin yerin 151 kilometr dərinliyində baş verdiyi bildirilib.

Yeraltı təkanlar paytaxt Boqotada, Medellin və Bukaramanqa şəhərlərində, eləcə də qonşu ölkələr Venesuela və Panamada hiss olunub.

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını qeyd edib.

Sosial mediada əks olunan görüntülərdə zəlzələdən sonra insanların küçələrə çıxdığı görülüb.

Fərahim Rəhimov