Konqoda yeni ildən bəri həbsxanada 7 məhbus ölübbackend

Milli mətbuatda yer alan xəbərə görə, ilin əvvəlindən tutumundan çox olan Bandundu Mərkəzi Həbsxanasında 7 məhbus həyatını itirib.

“Yeni Gundem”xəbər verir ki, uzun müddətdir mərkəzi hökumətdən lazımı qida və dərman yardımı ala bilməyən həbsxanada məhbusların qida çatışmazlığı və sağlamlıq problemlərindən öldüyü təxmin edilir. Onun tutumu 250 nəfər olsa da, həbsxanada 455 məhbusun olduğu bildirilir. Eyni həbsxanada 2022-ci ildə suçiçəyi epidemiyası səbəbindən 18 məhbus dünyasını dəyişib.