Koronavirus ABŞ-da 155 can aldıbackend

ABŞ-da yeni tip koronavirusun səbəb olduğu COVİD-19 yoluxucu xəstəliyindən ölənlərin sayı 155-ə çatıb.

“Yeni Gündəm” “TRT Haber”ə istinadən xəbər verir ki, epidemiya Amerikada bütün ştatlara yayılaraq 9464 insanı yoluxdurub. Bunlardan 155-i ölümlə nəticələnib, 108 nəfər isə sağalaraq evə buraxılıb.

Yoluxmanın ən çox yayıldığı ştatlar arasında Vaşinqton (1,187) və Nyu-York (3,086) ilk sıralarda yer alıb.

Qeyd edək ki, ABŞ koronavirus epidemiyasının yayılmasına görə dünya ölkələri sıralamasında 6-cı yerə qalxıb.