Koronavirusa yoluxanların sayı artdıbackend

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 28 yoluxma halı qeydə alınıb.  

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6250 nəfər karantində saxlanılır, 289 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1294 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.