KTMT kontingenti Qazaxıstandan bu tarixdə çıxarılacaqbackend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.

Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.

Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb.