Küçədə tapança tapıldı – BAKIbackend

Bakıda küçədə tapança aşkarlanıb.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə sentyabrın 4-ü gecə saatlarında paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən selofan paketə bükülmüş TT markalı tapança və boş darağı aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır. //Report.az