Son zamanlar Qarabağda baş verən çox mühüm hadisələr, ”Qisas “əməliyyatı, Laçını, Susu, Zabuxu tərk edən terorçuların növbəti vəhşiliyi, Laçın müjdəsi, Şuşada keçirilən beynəlxalq konfransda Fransa və ABŞ səfirlərinin ilk olmayan kampaniyası, 31 avqust 2022-ci ildə Brüssel üçtərəfli görüşündə gözlənilən danışıqlar və ən əsası Cənubi Qafqazda yeni reallıqların yaranması haqqında Millət vəkili Arzu Nağıyevin “Yeni Gündəm”-ə müsahibəsini təqdim edirik .
Laçın artıq azaddır.Laçının azad olunması region üçün hansı reallıqlar gətirib və gətirə bilər.
Laçın azad olunmasının hərbi, siyasi, iqtisadi əhəmiyyəti nədir ?
Laçının azad olunması çox mühim bir məsələ idi .Həm strateji cəhətdən bir məntəqəinin nəzarətə götürülməsi, iqtisadi və siyasi cəhətdən çox mühüm bir əhəmiyyət kəsb edir. Əsas məqam ondan ibarətdir ki, 10 noyabr 2020- ci il üçtərəfli bəyanatına əsasən Laçın dəhlizi, Zabux kəndidə daxil olmaqla sülhməramlıların nəzarətinə verilmişdir. Sülhməramlı qüvvələr artıq oranı tərk edir, yeni dislokasiya yerinə keçir. buda çox mühüm bir məsələdir çünki həm Sus, həm Zabux Azərbaycan hərbçilərinin nəzarətindədir.
Bu yeni bir strategiyanın, başlanmasına zəmin verir.Çünki bizim gələcək nailiyyətlərimiz qabağdadır.Qarşıda bizi çox ciddi məsələlər gözləyir .
Region üçün çox əhəmiyyətlidir.Öz dədə baba torpaqlarından didərgin salınmış insanlar oraya qayıdacaq .Ora bərpa olunacaq.Kənd təsərrüfatı yeni təşəkkülunü tapacaq .Digər infrastrukturlar icra ediləcək .Çox ciddi bir məsələdir . Baş verən hadisələrə ən böyük təsirdə elə vətəndaşlarımızın oraya qayıtmasıdır.
Laçını, Susu, Zabuxu tərk edən qonşu millət,Kəlbəcəri tərk edən qonşu millətdən fərqlənmədi.Erməni faşist separatçılıq meyilləri yenədə özünü açıq aşkar əyani sübut etdi.
Eynisidə təkrarlandı.Erməni faşizmi bunları etməklə nəyə nail olur? Yaxud onların xüsusiyyətləri niyə dəyişilməz olaraq qalır ?
Ermənilərin dövlət siyasətində teror və təxribat planı daim ön sırada olub. Bunu biz daim görmüşük .Son vaxtlardada Laçın, Zabux, Sus da Kəlbəcər də etdikləri ssenarini təkrarlamağa çalışdılar. Və bunu etdilər.
Onlar Suriyadan, Livandan erməni teror dəstlərini oraya köçürəndə elə bilirdilər ki, onlar bu torpaqlarda daimi yaşayacaq .Onlar öz evlərini yandırmırdılar.Erməni diasporunun tikdiyi evləri yandırırdılarki gələcəkdə burda torpaqların öz sahibləri yaşamasın .Bununla bütün dünya gördükü onlar nəyə qadirdir .Müəyyən kospesasiyalar, müəyyən qurum, Ermənistan rəhbərliyi onlara vəd vermişdi və müəyyən sakitçilik oldu. Ancaq Azərbaycan öz qəti mövqeyini bildirdi. Hətta köçdən əvvəldə, müharibə gedə gedə orda infrastruktur, istər Azərenerji, AAYDA , ciddi işlər aparırdılar.FHN Regional İdarələrinin avtomobillərinin sülhməramlıların müşayəti altında olması bir daha göstərirdiki ermənilər nəyin bahısına olursa olsun oranı tərk edəcəklər və etdilər .Hər hansı törətdikləri təxiribata da cavabdehlik daşıyırlar .
Son günlərdə daha bir xəbər gündəmin şahı oldu. Şuşada keçirilən növbəti konfransda ABŞ və Fransadan olan səfirlər yenədə konfransa qatılmayıb.
Sizcə ABŞ və Fransa səfirlərinin davamlı kampaniyası nəyə söykənir, arxadan hansı daşlar atılır?
Bunula bağlı cənab Hikmət Hacıyev öz fikirlərini bildirdi.Qarşı tərəfdə ABŞ səfirliyindən buna cavab olaraq bir bəyanat yayıldı. Ən mühüm məsələ bundan ibarətdir ki, həm ABŞ, həm Fransa ATƏT in Minsk qrupunun həmsədrliyini yenidən bərpa etməyə çalışır. O fəaliyyətsiz bir qurumun .Təbbiki biz bunun əleyhinəyik.Düşünürəm ki, cənab Hikmət Hacıyev çox mühüm bir mesajı verdi .
Bildiyimiz kimi avqustun 31-də dünyanın siyasi mərkəzi olan Brüsseldə Azərbaycan, Ermənistan, və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə üçtərəfli görüş olacaq .
Görüşdən hansı gözləntilər sizcə bu görüşün mövzusu nə olacaq ?
Avqustun 31- də sülh sazişinin hazırlanması üçün işçi qrupun yaradılmasının müzakirəsini gözləyirik .
Fərahim Rəhimov