Azərbaycanın internet məkanında özünəməxsus yeri olan LAF TV-nin efir həyatına başlamasından 4 il ötür.
“Yeni Gundem” xəbər verir ki, 2020-ci il mayın 28-də internet üzərindən canlı yayıma başlayan LAF TV bir çox ilklərə imza atmağı bacarıb.
Qeyd edək ki, LAF TV 6-7 saat canlı yayımlanır, tamaşaçılara ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim edir.
LAF TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.
Hazırda LAF TV-nin 256 min abunəçisi var.
Məlumat üçün bildirək ki, LAF TV əməkdar jurnalistlər Afət Telmanqızı və Ləman Ələşrəfqızı tərəfindən yaradılıb.
Ad günün mübarək, LAF TV!
Bizdə “Gündəm Media” Group rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edir, həmkarlarımıza can sağlığı və yeni-yeni uğurlar arzu edirik.