Lukaşenkodan çağırışbackend

“Qərb Belarus və Rusiyaya qarşı genişmiqyaslı hibrid təcavüz həyata keçirir. Biz indiyə qədər yalnız Qərbin Ukraynadakı münaqişəni uzatmaq istəyini görürük. Bunun üçün Ukraynaya silah göndərilir və sülhməramlılar adı altında Ukraynaya daxil olmaq üçün minlərlə birlik yaradılır”.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bunu Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko, çıxışında KTMT liderlərinə səslənərək bildirib ki, əgər təşkilata üzv bütün dövlətlər sürətli şəkildə bir araya gəlməsə, siyasi, iqtisadi, hərbi əlaqələr güclənməsə, təşkilat sabah mövcud olmaya bilər: “Belarus və Rusiyaya böhtan atılaraq beynəlxalq təşkilatlardan kənarlaşdırılırlar. Əgər biz dərhal vahid bir cəbhə kimi çıxış etsəydik, sanksiyalar, ümumiyyətlə, belə hallar olmayacaqdı”.