Maaş artımından danışırdı, Ərdoğanı görüb təkzib etdibackend

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi tədbirdə jurnalistlərə verdiyi açıqlama ilə gündəmə gəlib.

“Yeni Gündəm” Türkiyə mediasına istinadən xəbər verir ki, nazir həkimlər üçün nəzərdə tutulan artımlarla bağlı sualları cavablandırıb. O, artımın maaş və təqaüdlərə şamil ediləcəyini bildirib.

Bu zaman F. Qocanın yanından keçən Ərdoğan jurnalistlərdən nazirin nə dediyini soruşub.

Ərdoğan üzünü jurnalistlərə tutaraq deyib: “Nə dedi? Pul dedimi?”

Səhiyyə naziri isə “Mən elə bir şey demədim. Siz icazə vermədən elə bir şey deyərəmmi?”, – deyə bildirib.