30 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının, həmçinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdirləri ilə görüşüb.
“Yeni Gündəm” xəbər verir ki, görüşdə MEDİA Agentliyi və BDU arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, tələbələrin təcrübi biliklərinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsi məsələləri müzakirə olunub.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıb. Gələcəkdə BDU ilə birgə reallaşdırılması nəzərdə tutulan layihələrin tələbələr üçün də əhəmiyyətli rol oynayacağı qeyd edilib.
Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi aparılıb.