Medvedevdən QARABAĞ AÇIQLAMASIbackend

Dağlıq Qarabağa status verilməsi məsələsi indi mümkün deyil.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkə mətbuatına müsahibəsində deyib.

Medvedev bildirib ki, hələ həllini tapmamış Qarabağın statusu məsələsini gələcəyə təxirə salmaq və indi müzakirə etməmək daha yaxşıdır: “Fikrimcə, bu gün hər kəsə status məsələsinin həqiqətən həll olunmadığı tamamilə aydındır, amma bu, indi müzakirə edilə bilməz. Çünki status ətrafında aparılan hər müzakirə qığılcımı güclü gərginliyin ortaya çıxmasına səbəb olur. İndi bu mümkün deyil. Tərəflərin buradakı mövqeləri çox fərqlidir, hətta Ermənistan daxilində də mübahisələr var”.

O, Dağlıq Qarabağdakı qondarma rejimin Ermənistan tərəfindən tanınmadığını xatırladıb: “Qarabağın müstəqilliyini tanımadılar. Nədənsə bunu unudurlar, amma bu reallıqdır. Buna görə status məsələsi gələcək üçün təxirə salınmalıdır”.

Dmitri Medvedev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin səyləri olmasaydı, Dağlıq Qarabağda münaqişə hələ də davam etmiş olardı.