Məhərrəm İncə namizədliyini geri götürdübackend

Türkiyənin “Məmləkət” partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.

“Yeni Gundem”-in xəbərinə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb.

“Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm”, – o vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.