Meksikada 90 milyon dollarlıq narkotik ələ keçirildibackend

Meksikada Sinaloa ştatının şimal-qərb sahillərində böyük narkotik partiyası daşıyan gəmi saxlanılıb.

“Yeni Gündəm” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanması Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iki nəfər tərəfindən idarə olunan gəmidə 2,5 tondan çox metamfetamin və 100 000-dən çox fentanil həbi tapılıb.

Təxmini hesablamalara görə, qara bazarda qanunsuz yüklərin ümumi dəyəri 90 milyon dollar civarındadır.