Meksikada sərnişin altı nəfərin ölümünə səbəb oldu – FOTObackend

Meksikada sərxoş sərnişinin sürücünün əlindən sükanı alması avtobusun aşması ilə nəticələnib. Hadisə nəticəsində azı altı nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Bu barədə “Associated Press” xəbər yayıb.

Qəzaya səbəb olduğu iddia edilən adam saxlanılıb. Hadisə yerinə xilasedicilər, təcili yardım və milli qvardiya cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların arasında vəziyyəti ağır olanlar da var.